Gələn il Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçilərinə orden və medalların təqdim edilməsi mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Mədəniyyəti Günlərinin Kolumbiya, Ekvador kimi ölkələrdə keçirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, həmin ölkələrdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ölkəmizin tanınmasına kömək edəcək.
trend.az