Qəbələni su basdı - FOTO
11.7.2012

Qəbələ rayonuna yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları evləri, küçələri, həyətyanı sahələri basıb. İyulun 10-da axşam saat 20:00 radələrindən başlayaraq 3 saat ərzində Qəbələ şəhərinə və rayonun dağlıq ərazidə yerləşən Laza, Duruca, Qəmərvan, Bum, Vəndam kəndlərinə güclü leysan yağışı yağıb.

Qəbələ şəhərinin küçələrində və kənd yollarında sel sularının hündürlüyü 40-50 santimetr olub. Həyətyanı sahələrə, fərdi yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon ərazisindən keçən Tikanlı-Qaraçay, Həmzəliçay, Türyançay, Dəmiraparançay, Bumçay, Mirzəbəyliçay, Vəndamçay çaylarında suyun səviyyəsi iki metrədək qalxıb, sel bəzi ərazilərdə çaysahili mühafizə bəndlərini dağıdıb.

ANS PRESS