Pantomima Teatrında premyera - “Adagio"
29.6.2016

Bu günlərdə Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası olacaq.

Teatrın direktoru, Əməkdar Artist Elman Rəfiyev bildirib ki, Xalq Artisti Bəxtiyar Xanızadənin müəllif olduğu “Adagio" (poetik düşüncə) tamaşası altı aylıq zəhmətin bəhrəsidir.

Məşqlərinə 2016-cı ilin yanvarından başlanan tamaşada rolları teatrın aktyorları canlandırır. Səhnə əsəri teatrın səhnəsində üç gün oynanılacaq.

azertag.az