Abituriyentlərin imtahana psixoloji hazırlığı
29.6.2016

İyulun 1-2-də AMEA Mərkəzi Elmi Kitabxanasının binasında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçiriləcək.

Kitabxanadan bildirilib ki, AMEA Mərkəzi Elmi Kitabxanası, Fransa-Azərbaycan Universiteti, Qərb Universiteti və “Hədəf” kurslarının təşkilatçılığı ilə baş tutacaq layihənin əsas təşkilatçısı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsidir.

Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahandan əvvəl və imtahan zamanı yaranan həyəcan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.

Treninq zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında seminarlar keçiriləcək. Treninqlərdə respublikamızın tanınmış psixoloqları ilə yanaşı, Türkiyədən dəvət olunmuş professorlar da biliklərini bölüşəcəklər. Keçirilməsi 2 gün nəzərdə tutulan treninq-seminarda abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilər.

Artıq üç ildir ki, təşkil olunan layihəyə bu il xüsusi yeniliklə edilib. Belə ki, gənc müəllimlər üçün “Orta məktəb psixologiyası” adlı xüsusi ustad dərsləri keçiriləcək.

İştirakçılar www.hedef.edu.az saytında qeydiyyatdan keçərək seminarda ödənişsiz iştirak edə bilərlər.

azertag.az