Dünyanın ən sürətli maşınları - SİYAHI - FOTO
11.7.2012

GoMap.az ANS PRESS-ə istinadən oxucularına dünyanın ən sürətli maşınlarını təqdim edir.

Bugatti Veyron Super Sport
"Bugatti"nin Veyron modeli Ginessin rekordlar kitabına daxil edilib. O, bu sertifikatı saatda 431 km sürətə qalxaraq alıb. "Veyron"un genişləndirilmiş 4 turbolu mühərrik və daxili soyuducuları var. Model bu günə qədər istehsal edilən ən sürətli yol maşınıdır. Maşının qiyməti 2.4- 2.6 milyon. dollar arası dəyişir.

Hennessey Venom GT
"Hennessey Venom GT" 2.5 saniyədə 60 km sürət yığa bilir. Bundan 321 km-ə çatmaq üçün isə cəmi 12.8 saniyə lazımdır. Maşının qiyməti 1 milyon dollar civarındadır.

Koenigsegg Agera R
Adıçəkilən modelin sürəti saatda 418 km-dir. Şirkət 2013-cü ildə buraxacaq modelinin gücü 1140 at gücü, sürət həddi isə 439 km olacaq. yeni modelin qiyməti hələ açıqlanmasa da, köhnə modellərin qiyməti 1.6 milyon dollardır. Avtomobilin bir çarxının qiyməti isə 12 min dollardır.

SSC Ultimate Aero
Saatte 413 km sürət yığa bilir. Model 650 min dollaradır.

Saleen S7 Twin Turbo
7 litrlik mühərrikə sahib olan iki qapılı avtomobilin 2005-ci ildəki qiyməti 585 min dollar idi. O, saatda 399 km sürət yığa bilir.

Koenigsegg CCX
idman maşınlarının tanınmış siması olan CCX bu modellə avtomobil bazarına geri dönüb. Saatda 394 km sürət yığan maşının qiyməti 550 min dollardır.

McLaren F1
"McLaren F1"in sürəti saatda 240 km-ə çatır.

Zenvo ST1
Danimarkanın istehsal etdiyi ilk super avtomobil olan model saatda 373 km sürət yığa bilir. Qiyməti isə 1.8 milyon dollardır. Bu il adıçəkilən maşından şirkət ancaq 3 ədəd istehsal edəcəyini açıqlayıb.

Noble M600
İngilis məhsulu olan maşın 3.7 saniyədə 60 km sürətə çatır. V8 mühərrikli maşın digərlərindən daha "ucuzdur" - 330 min dollar.

Gumpert Apollo
2005-ci ildə bazara çıxarılan model həm gündəlik, həm də yarış maşınıdır. 4.2 litrlik V8 mühərriki sayəsində saatda 362 km sürətə malik olur. Qiyməti 300 - 450 min dollar arasında dəyişir.