“Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi 10 ədəd "NAZ Lifan" avtomobili alıb. Bunu qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur:
"Ümumiyyətlə,“Azərbaycan Dəmir Yolları"nın avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək".
report.az