Bakının "İnter" klubu futbolçu Ruslan Abışovla müqavilə imzalayıb. Bu barədə klub prezidenti Rəşad Qasımov məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı müdafiəçi bir il "bankirlər"in uğurları üçün çalışacaq: "Ruslanın transferi bir müddətdir ki, gündəmdə idi. Bəzi məsələlər var ki, onları açıqlaya bilmərəm və bir az gözləmək lazım gəldi. İstər maliyyə, istərsə də digər məsələlərdə heç bir problem yaşanmayıb".
R.Qasımov transfer pəncərəsinin sonunadək komandaya yeni futbolçuların cəlb olunacağını istisna etməyib: "Hələ dəqiq nəsə yoxdur. Ancaq yaxşı futbolçu və yaxşı təklif olarsa, niyə də olmasın?"
Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Rubin" (Rusiya) klublarında çıxış edib. Abışovun sonuncu klubu "Qəbələ" olub.
report.az