Türkiyəli müğənni Bakıya gəlir
11.7.2012

Qonaqlı-qaralı paytaxtımızın növbəti musiqili qonağı Türkiyədəndir.

Azərbaycanda kifayət qədər dinləyici auditoriyası olan müğənni Hadisə Bakıya gəlir.

Konsertin təşkilatçısı olan NKA şirkəti artıq müğənninin Bakıya gəlməsi ilə bağlı razılığını alıb.

Qeyd edək ki, hələ konsertin keçiriləcəyi tarix və məkan bəlli deyil.

Konsertin paytaxtda açıq havada baş tutacağı gözlənilir.


Gün.Az