​“Azercell” yeni xidmət istifadəyə verəcək
30.6.2016

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti yeni xidmət istifadəyə verəcək.

Bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.

İyulun 1-dən etibarən “Azercell” şirkəti “Dərmanların axtarılması xidməti” üçün nəzərdə tutulan 153 qısa nömrəsi istifadəyə verəcək. Qısa nömrəyə edilən zəngin hər bir dəqiqəsi üçün 0,61 manat (ƏDV daxil) məbləğ çıxılacaq. Zəngin hesablama intervalı 1 dəqiqədir.

report.az