Fransanın Azərbaycandakı səfiri Parisdə "Səfirlər həftəsi"ndə iştirak edəcək
30.6.2016

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe avqustun 29-dan sentyabrın 2-dək Parisdə "Səfirlər həftəsi"ndə iştirak edəcək.

Diplomat müxtəlif işçi sessiyalarda çıxış edəcək.

Bundan başqa, səfir Azərbaycan ilə ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə etmək məqsədilə fransalı sahibkarlarla görüşəcək.

Qeyd edək ki, Fransanın ölkə xaricindəki diplomatik missiya rəhbərlərinin iştirakı ilə keçirilən "Səfirlər həftəsi" hər il baş tutur.

report.az