İyulun 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 12-də gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.
APA