"Rabitəbank" 23 illiyini qeyd edir
30.6.2016

İyunun sonuna "Rabitəbank" ASC-nin ümumi aktivləri 457 milyon manat, kapitalı isə 60 milyon manat olub.

Bankdan bildiriblər ki, 1993-cü ildən etibarən fəaliyyətə başlayan "Rabitəbank" iyunun 30-da 23 illiyini qeyd edir. Bank 2010-cu ildə "Standard and Poor's" agentliyi tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri seçilib. Bank filial şəbəkəsi vasitəsilə əhaliyə kiçik və orta biznesə geniş çeşidli xidmətlər təklif edir.

azertag.az