Nazim Hikmətin "Ceviz ağacı" İrəvan Teatrının səhnəsində tamaşaya qoyulacaq
1.7.2016

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Ceviz ağacı" pyesinin oxunuşu keçirilib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əsəri yazıçı-dramaturq Aqşin Babayev qələmə alıb. Tamaşa görkəmli türk dramaturqu və ictimai xadimi Nazim Hikmətin həyat və mübarizəsini əks etdirir.

"Ceviz ağacı" pyesinin quruluşçu rejissoru, əmkdar incəsənət xadimi Ramiz Həsənoğludur.
Nazim Hikmət rolunu İftixar Piriyev oynayacaq. Tamaşa, yeni teatr mövsümündə səhnəyə qoyulacaq.

report.az