İyulun 4-dən 10-dək Azərbaycan Gənclər Birliyi və Azərbaycan Rəqs Assosiasiyası Nabranda “Catch Your Wave!” adlı yay yaradıcılıq düşərgəsi təşkil edəcək. Burada uşaqlar və böyüklər dincələ və asudə vaxtlarını səmərəli keçirə bilərlər. Tədbirin təşkilatçıları maraqlı və zəngin proqram hazırlayıblar. Qonaqları idman yarışları, müsabiqələr, aktyorluq sənəti, rəqsin müxtəlif istiqamətləri, yoqa, streçinq və fitnes üzrə peşəkarların ustad dərsləri, intellektual oyunlar, meşədə gəzinti və s. gözləyir.
Arzu edənlər tədbirin “facebook” səhifəsində qeydiyyatdan keçə bilərlər.
azertag.az