Müasir uşaqlar çox şeyi bacarmır
1.7.2016

Son tədqiqatlar göstərir ki, 3-5 yaşlı uşaqların 58 faizi smartfonun öhdəsindən asanlıqla gələ bilir. Amma on uşaqdan yalnız altısı özünə səhər yeməyi hazırlamağı bacarır.

“mednews.info” saytına istinadla xəbər verir ki, bu informasiya internetin uşaqların inkişafına təsirini araşdıran tədqiqat çərçivəsində əldə edilib. Tədqiqatlar göstərib ki, azyaşlıların əksəriyyəti kompyuter “siçanı”nı hərəkət etdirməyi, kompyuter oyunu oynamağı və smartfondan istifadə etməyi bacarır, lakin ayaqqabısının bağını bağlaya bilmir. Alimlər narahatedici statistikanı açıqlayır: 2-5 yaşlı uşaqların 58 faizi videooyunu problemsiz mənimsəyir, lakin velosipedi güclə sürür. Uşaqların 25 faizi brauzeri aça bilir, amma yalnız 20 faizi üzməyi bacarır.

Ümumiyyətlə, alimlər bildirir ki, texnologiya ilk günlərdən uşağın həyatında iz qoyur. Təəccüblü deyil ki, bir çox uşaqlar hələ dil açmamış mobil cihazlardan “ustalıqla” istifadə edirlər.

azertag.az