Ölkədə fəaliyyət göstərən şadlıq saraylarında yoxlama aparılacaq
11.7.2012

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti (TTSDNX) avqust ayının 20-dən sonra Bakıda fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalara başlayacaq.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının verdiyi məlumata görə, yoxlamalar orucluq ayından sonra başlayacaq.

Onun sözlərinə görə, keyfiyyət, təhlükəsizlik və s. ilə bağlı normativ sənədlərin tələblərinə zidd istehsal olunan məhsul, mal və xidmətlərdən əhalini qorumaq üçün mütəmadi olaraq xidmət tərəfindən yoxlamalar davam etdiriləcək.

ANS PRESS