Azərbaycanda havanın temperaturu aşağı düşəcək
1.7.2016

Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 23-24, gündüz 29-31 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarmadasında iyulun 2-3-də gecə və səhər şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.
İyulun2-3-də Abşeronda əsən güclü Xəzri küləyi bəzi metohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun tədricən enməsi müsbət təsir edəcək.

İyulun 5-dək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, arabair yağış yağacaq. Rayonlarda ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, dolu düşəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuq artacaq.

report.az