Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında iştirak etmək üçün Bakıda işgüzar səfərdədir.
Bu barədə Ukrayna nazirinin mətbuat xidmətinə istinadən məlumat verilir.
Nazirin Azərbaycan hökumətinin üzvləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
trend.az