Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti Səudiyyə Ərabistanında rouminq xidməti çərçivəsində yeni tariflər tətbiq edəcək.
Bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.
Avqustun 1-dən etibarən “Azercell”in rouminq xidməti çərçivəsində S.Ərabistanının “Mobily Etihad Etisalat” mobil operatorunun telekommunikasiya şəbəkəsindən istifadə edərkən yeni tariflər tətbiq ediləcək.
Tariflər aşağıdakı cədvəldə qeyd olunduğu kimi olacaq:
Operator Mobily Etihad Etisalat (AZN/dəqiqə)
Ölkədaxili istiqamətlərə zəng 1,50
Azərbaycana zəng 1,50
Daxil olan zəng 0,32
SMS 0,20
azertag.az