“Google”a rəqib ola biləcək yeni axtarış sistemi
11.7.2012

İtaliyanın Paduan Universitetinin riyaziyyatçısı, professor Massimo Marçiori ilin sonunadək “Google”a rəqib ola biləcək yeni axtarış sistemi hazırlamaq niyyətindədir.

Layihənin reklam videoçarxında bildirilmişdir ki, bu axtarış sistemində “Google” ilə müqayisədə 10 faizdən daha çox informasiya olacaq və sistem bir neçə digər üstünlükləri ilə də fərqlənəcəkdir.

Hazırda gələcək sayt – Volunia.com təcrübəli istifadəçiləri layihənin beta versiyasını sınaqdan keçirməyə dəvət edir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, “Computerworld” jurnalının məlumatına görə, axtarış sistemi birbaşa 12 dildə açılacaqdır.

Professor M.Marçiorinin sözlərinə görə, onun ideyası sadə olsa da, nəhəng axtarış sistemlərindən prinsipial olaraq fərqlənir.

AzərTAc