C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Multikulturalizm ili” çərçivəsində üç müxtəlif – Azərbaycan, rus və yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək “O da aşiq olub yaza dünyada” adlı layihə çərçivəsində yeni tamaşa nümayiş etdirəcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, A.P.Çexovun “Ayı”, Elçinin “O da aşiq ola...” və yəhudi dramaturqu Yosef Bar-Yosefin “Qəliz adamlar” pyesləri əsasında dövlət sifarişi ilə hazırlanacaq və üç müxtəlif mədəniyyətlərin ortaq səhnə təcəssümü olan tamaşa gənc rejissor Nicat Qəribin quruluşunda təqdim olunacaq.
Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir.
azertag.az