Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan yerlərinə əlavə yerləşdirmə avqustun əvvəllərində aparılacaq.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu il magistraturaya qəbul planı 6021 yer olsa da, 5016 nəfər qəbul olunub.
Boş qalan yerlər əsasən özəl ali məktəblərdədir. Dövlət ali məktəblərindəki yerlər əsasən dolub.
APA