Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii sənət toplusu olan “Qobustan” jurnalı yeni, 2-ci nömrəsi ilə oxucuların görüşünə gəlib.
Toplunun ilk səhifələrində baş redaktor Vaqif Əlixanlının “Ön söz”ü yer alıb.
Ənənələrinə sadiq qalan “Qobustan” bu nömrəsində də milli ədəbiyyatın və dünya ədəbiyyatının müxtəlif sənət-estetik istiqamətlərinə, kulturoloji proseslərə dair çeşidli materiallarla oxucuların diqqətini cəlb edir. Burada müasir Azərbaycan teatrının problemlərinə, milli incəsənət və mədəniyyət məsələlərinə, ayrı-ayrı sənət ustaları ilə müsahibələrə, rəsm əsərlərinin nümayişinə geniş yer verilib.
azertag.az