Rusiyada yaşayan azərbaycanlı rəssamın fərdi yaradıcılıq sərgisi açılacaq
5.7.2016

İyulun 5-dən 9-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılacaq.

Muzey Mərkəzindən bildirilib ki, iyulun 5-də sərginin açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, Bakıdakı Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən B.Salamov 1990-cı ildən Rusiyada yaşayır. B.Salamov 1994-cü ildən müntəzəm olaraq öz fərdi sərgilərini keçirir. Onun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir. İşlədiyi istənilən janrda (mənzərə, natürmort, süjetli kompozisiya, portret) özünəməxsus tərzi həmişə özünü göstərir.

azertag.az