Azərbaycanda daha bir televiziya kanalının lisenziya müddəti uzadılıb
12.7.2012

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda Xaçmazda fəaliyyət göstərən “RTV”-nin (Regional TV) televiziya yayımı üçün xüsusi razılığının (lisenziya) uzadılması ilə bağlı müraciətinə baxılıb. RTV-nin fəaliyyəti ərzində heç bir qayda pozuntusuna yol vermədiyi və regional kanallar arasında nümunəvi olduğu qeyd edilib və kanalın lisenziyası daha 6 il müddətinə uzadılıb.

APA