"Azərbaycan Hava Yolları"nın yerli vaxtla saat 02:30-da Bakıda enməli olan J2 8853 Moskva-Bakı reysi texniki səbəblər üzündən Moskvadan uçmayıb. Bu barədə "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Həmin reysin sərnişinləri Boeing 787 Dreamliner təyyarəsinə yerləşdirliblər. Təyyarə Bakı vaxtı ilə təxminən saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.
trend.az