Azərbaycanlı pirotexnika ustaları Moskvada ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək.
TASS-a istinadən verilən xəbərə görə, festival iyulun 23-24-də Moskvada keçiriləcək.
Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq.
Azərbaycan, Çin, Qazaxıstan, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniyadan olan ən yaxşı pirotexnika komandaları fişənglərin buraxılması sənəti üzrə yarışacaq. İştirakçılar ümumilikdə 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirəcək. Fişənglərin uçuş hündürlüyü 300 metrə çatacaq.
report.az