Zooparkda pələng gənci parçaladı
12.7.2012

Danimarkanın Kopenhagen şəhər heyvanxanasında, yırtıcı heyvan tərəfindən parçalanmış 21 yaşlı kişi meyiti tapılıb. Xarici vətəndaş olduğu deyilən həmin şəxsin, Danimarkada müvəqqəti qeydiyyatda olduğu bildirilsə də, kimliyi barədə məlumat verilməyib.

Rəsmi məlumatlara görə, ekspertizadan sonra, volyerdə aşkarlanmış gəncin, boynundan aldığı ölümcül dişləm yarasından dünyasını dəyişdiyi müəyyənləşib.

Müstəntiqlər ilkin versiya olaraq həmin şəxsin məhz özünü qəsd məqsədilə pələng volyerinə daxil olduğunu iddia edir.

Heyvanxana rəhbərliyi pələnglər öldürmək fikrində olmadıqlarını deyir, belə ki, sözçü bunda pələnglərin günahı olmadığını qeyd edir.

ANS PRESS