​"Accessbank" 6-cı dəfə Azərbaycanın ən yaxşı bankı seçilib
8.7.2016

"Accessbank" QSC "Euromoney" beynəlxalq maliyyə nəşri tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb.
"Accessbank"a istinadən verilən xəbərə görə, Bank 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, bu nominasiyada mükafat qazanır.

"Accessbank"ın İdarə Heyətinin sədri Mixael Hofman nüfuzlu maliyyə təşkilatı tərəfindən nailiyyətlərinin tanınması ilə fəxr etdiklərini deyib.
"Bu mükafat təsdiq edir ki, "Accessbank" davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş olaraq qalır, bu isə hazırkı mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir".
Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." konsaltinq şirkəti (Almaniya) və "AccessHolding" tərəfindən yaradılıb. "Accessbank" mikro, kiçik və orta bisnesin maliyyələşdirilməsi ilə məşğuldur.

report.az