Azərbaycanla Hindistan arasında siyasi məsləhətləşmələr keçiriləcək
8.7.2016

Hindistan xarici işlər naziri müavini Sucata Mehtanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. 

Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər iyulun 28-29-da baş tutacaq.
S.Mehtan Azərbaycan Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək, siyasi msələhətləşmələr aparacaq.

 Onun digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub.


report.az