ABŞ-ın Ohayo ştatının sakini Karl Kissner çardaqdakı köhnə dolablardan birindən 35 milyon dollar tapmışdır.
51 yaşlı Kissner dolabda tapdığı dəmir qabı açanda orada iplə bağlanmış beysbol açıqcalarını görmüşdür. Kissner açıqcalardakı şəkillərdə olan beysbolçuları tanımamışdır. Lakin üç açıqcada Ti Kobb, Si Yanq və Şonus Vaqnerin rəsmlərini görəndə o, nə tapdığını anlamışdır. Vaqnerin rəsmi olan açıqca 2007-ci ildə hərracda 2,8 milyon dollara satılmışdı.
Tapdığı açıqcaları bank seyfinə qoyandan sonra Kissner araşdırma aparmaq qərarına gəlmiş və 8 açıqcanı “Heritage Auction Galleries” hərrac evinin eksperti Piter Kalderona yollamışdır.
Az sonra isə Bill Baknerin rəsmi olan açıqca 418 min dollara satılmışdır.
Qutuda 700 beysbolçu açıqcası vardır.
Kissner babasının yığdığı açıqcaların satışından əldə edəcəyi pulları 20 qohumu arasında bölüşdürəcəyini demişdir.
Maraqlıdır ki, tapılan beysbolçu açıqcalarının ilkin qiyməti 3,1 milyon dollar deyilsə də, indi kolleksiyanın ən azı 35 milyon dollar təşkil etdiyi məlum olmuşdur.
AzərTAc