Dünyanın ən bahalı rəsmini o alıb - Foto
12.7.2012

Dünya tarixində ən bahalı rəsm əsərini satın almış şəxsin kimliyi bəlli olub. O, Nyu-Yorkda yaşayan məşhur iş adamı və kolleksioner Leon Blekdir.
GoMap.Az "The Wall Street Journal"a istinadən bildirir ki, Edvard Munkun "Qışqırıq" əsərini 119,9 milyon dollara satın almış Blek "Apollo Global Management" investisiya fondunun icraçı direktorudur.
3,4 milyard dollarlıq sərvətə malik Blek ən məşhur hərraclarda bahalı əsərləri satın alması ilə tanınır.

Milli.Az