Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin növbəti uğuru
11.7.2016

Stokholmda gənc ifaçıların beynəlxalq müsabiqəsi keçirilib. Ölkəmizi bu müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 3-cü sinif şagirdi Münəvvər Əliyeva təmsil edib.

İdarədən bildirilib ki, dünyadan 32 musiqiçinin iştirak etdiyi müsabiqədə təmsilçimiz 2-ci yerə layiq görülüb və münsiflər tərəfindən çox yüksək rəylər alıb.

Qeyd edək ki, münsiflər heyətinin sədrləri ABŞ-ın konservatoriya professoru Tamara Poddubnaya və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının professoru İvan Mixaylov olub.

azertag.az