Qoç – Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız tükənməyib. İstifadə edə bilmədiyiniz şanslara görə narahatlığa dəyməz. Sevgi münasibətlərinizdən başqa, bu gün ürəkaçan heç nə yoxdur.
Buğa – İşləriniz alınacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Xeyirxahlıq etdiklərinizdən əziyyətlər görəcəksiz. Siz dəyişməz olaraq qalsanız, sevgi münasibətlərinizdə yaxın gələcəkdə xeyrinizə irəliləyiş mümkündür.
Əkizlər – Maneə olan tərəflər maliyyə məsələlərində sizin ən asan problemlərinizi çətinə sala bilirlər. Son anda qələbə yenə də sizindir. Mübahisələrinizdə kəskin sözlərdən çəkinin.
Xərçəng – Özünüzü zəif hiss edəcəksiniz. Maliyyə problemlərinizin həlli sizin üçün çətinlik yaratmayacaq. İnsanlarla münasibətdə səmimiliyə üstünlük verin. Bununla belə, sevgi münasibətləriniz problemli olaraq qalır.
Şir – Çətin gündür. Ən asan məsələləri belə həll etməyə hövsələniz çatmır. Unutmayın ki, gərgin əhval-ruhiyyədə olmaq həm səhhətinizə, həm də hörmətinizə xələl gətirər. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Qız – İşləriniz alınacaq. Səhvlərinizin müəyyən qismini aradan qaldırmağa nail olacaqsınız. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində hələ ki işlər qaydasına düşmür.
Tərəzi – Çətin gündür. Əlinizi hara atırsınızsa, boş çıxır. Əsəbiləşməyin və gücünüzü boş yerə israf etməyin. Maddi sahədə uğurlarınız olmayacaq. Sadiq dostlarınızın sayəsində azacıq uğur qazanırsız.
Əqrəb – Səhhətinizi qoruyun. Bu gün sizin üçün maddi məsələləri həll etmək yönümündə rahat keçəcək. Bir sıra məsələlərin həlli gözləmədiyiniz halda, demək olar ki, öz-özünə həll olunacaq.
Oxatan – Özünüzü güclü hiss edəcəksiz. Çətinliklərlə keçən bu gündə soyuqqanlı ovqatınızı qoruyub saxlamağı bacarın. Bu çox çətindir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq cəhdləriniz uğursuzdur.
Oğlaq – İşləriniz alınacaq. Maddi məsələlərin həllinə bir göz qırpımında nail olacaqsınız. Ünsiyyətlərinizin genişlənməsinə və dərinləşməsinə diqqətinizi artırın.
Dolça – Özünüzü gümrah hiss edəcəksiniz. O qədər də asan keçməyən bu gündə həlli rahat olan bir sıra məsələləri yoluna qoyacaqsınız. Bununla belə, biznes sahəsində ciddi uğurlarınız olmayacaq.
Balıqlar – Səhhətinizə qarşı diqqətli olmalısınız. Gücünüz çox azdur. Ondan düzgün istifadə etsəniz, həm maliyyə, həm də sevgi sahəsində uğurlarınız çoxalar.