Bakıda Azərbaycan və Tacikistan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib - FOTO
12.7.2012

İyulun 12-də Bakıda Tacikistan prezidenti Emoməli Rəhmonun və Azərbaycan prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Azərbaycan prezidenti İ. Əliyev Tacikistan prezidenti E. Rəhmona, E. Rəhmon isə İ. Əliyevə orden təqdim edib.

Ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra Azərbaycan və
Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

APA