Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik olub
11.7.2016

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) İdarə Heyətinə (İH) yeni təyinat olub. İndiyə qədər Bankın baş direktoru olan Elmir Həbibullayev İH sədrinin müavini təyin edilib.

Hazırda ABB-nin İH-nə Elmar Məmmədov rəhbərlik edir. Onun digər müavinləri isə Ülvi Mansurov və Murad Şirəliyevdir.

ABB-nin baş direktorları isə Hidayət Sultanov və Fuad İslamovdur.

report.az