Azərbaycanın triatlon üzrə yığmasının üzvləri beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
Azərbaycan Triatlon Federasiyasından bildirilib ki, Macarıstanda keçirilən gənclər arasında Avropa kuboku yarışlarında Darina Moskalenko gümüş medala sahib çıxıb. İdmançımız su məsafəsini 7.11 dəqiqəyə qət edib. Ardınca isə o, velo-məsafəni 20.31 dəqiqə nəticəsi ilə başa vurub. Daha sonra qaçış zolağını 12.54 dəqiqəyə qət edən D.Moskalenko ümumi hesablamada (42.03 dəqiqə) ikinci olub.
Kseniya Levkovskaya isə Estoniyada keçirilən Avropa kuboku yarışlarında bürünc medal əldə edib. Təmsilçimiz 750 metrlik su məsafəsini 9.26, 20 kilometrlik velo-məsafəni 33.04 dəqiqəyə qət edib. Nəhayət, K.Levkovskaya yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağını 18 dəqiqə nəticə ilə başa vurub. Ümumi hesabda isə o, 1 saat 2 dəqiqə 7 saniyə göstərici ilə yarışda bürünc medal qazanıb.
azertag.az