UNESCO-nun “Dünya irsi” siyahısına salınmış obyektlərin ümumi sayı 962-yə çatıb
12.7.2012

Rusiyanın Sankt-Peterburq şəhərində UNESCO-nun Dünya İrsi Komitəsinin 36-cı sessiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiyada nazirliyin, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təmsilçiləri də iştirak ediblər.

Bu il dünyanın 26 obyekti (20 mədəni, 5 təbii, 1 qarışıq) UNESCO-nun “Dünya irsi” siyahısına salınıb. Çad, Konqo, Palau və Fələstinin obyektləri də ilk dəfə olaraq bu siyahıya daxil ediliblər. Türkiyənin e.ə. VIII-VII minilliyin Neolit dövrünə aid Çatalhöyük ərazisi də siyahıya salınıb. Bununla da siyahıdakı obyektlərin ümumi sayı 962-yə çatıb.

APA