Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edəcək. Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Gəncə (050-361-88-71, 050-264-01-51), Naftalan (070-309-45-70, 050-277-67-66), Ağstafa (055-222-85-68), Daşkəsən (050-475-11-81, 055-904-33-44), Goranboy (050-204-66-12), Göygöl (050-225-93-29), Gədəbəy (055-224-70-63, 050-227-04-10), Qazax (050-335-86-81), Samux (070-902-36-53, 050-571-47-00), Şəmkir (050-295-74-74), Tovuz (050-346-85-28) rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
azertag.az