Qoç - Maraqlı təkliflər gələcək. Amma onlarda da asan qələbə olmayacaq. Ailədə sizi dəstəkləyirlər. Əgər siz bütün fikrinizi və vaxtınızı işə yönəltsəniz, sizə yaxın olan insanlar sizi başa düşəcəklər. Həyati potensialınız böyükdür.
Buğa - dostluq münasibətləri üçün çox əlverişli gündür. Ancaq sevgi münasibətlərində diqqətli olmağınız məsləhətdir. Ətrafdakı insanlar sizi səhv başa düşə bilərlər. Ehtiyatlı olun.
Əkizlər - işlərinizdə çətin vəziyyətə düşəcəksiniz. Bir yandan sizə çox gözəl bir iş təklif edirlər, digər yandan həmin işdə sizin elə bir kiçik səhvinizi tutub, söhbəti elə uzadırlar ki, siz artıq bu işə girdiyinizə görə peşman olmağa başlayırsız. Sizin işlərin öhdəsindən gəlmək üçün xüsusi metodlarınız var.
Xərçəng - pis gün olmayacaq. Bəzi çətinliklərə baxmayaraq siz bunların öhdəsindən gəlirsiniz. Siz öz zəif cəhətlərinizi də bilirsiniz. Gələcəyinizə dair məsələlərdə diqqətli olmağınız sizə hər bir vəziyyətdən çıxış yolunu tapmağa kömək edəcək.
Şir - bu gün uğur qazanmaq üçün nə özünüz tələsməlisiniz, nə də digərlərini tələsdirməlisiniz. Hadisələr çox gec cərəyan edir, ancaq bu, sizə sərf edir. Siz bütün səhvləri düzəldə bilirsiniz. Artıq başınıza gələn hadisələrdən nəticə çıxarırsınız.
Qız - digər bir tərəfdən sizin əvvəlki uğurlarınızı yadda saxlayanlar da var. Ola bilər ki, elə bir insan tapılsın ki, sizin professionallığınıza görə iş təklif etsin. Yaxınlarınızı başa düşməkdə çətinlik çəkirsiz. Ancaq uşaqları bir sözdən anlaya bilirsiz. Piyada gəzməniz və hər şeyi unutmanız məsləhətdir.
Tərəzi - irəliyə doğru istədiyiniz kimi hərəkət etmək alınmır. Siz bu gün nəinki öz yerinizdə qalacaqsız, hətta arxaya getmək kimi bir təhlükə ilə qarşı-qarşıya duracaqsız. İşin ən pis tərəfi odur ki, sizin zəif cəhətləriniz hər kəsə məlum olur. Elə insanlar tapılacaq ki, qərara alacaqlar ki, sizin kimi birisi artıq onlara lazım deyil.
Əqrəb - əgər siz özünüzə güzəşt etməsəz, hər şeyə nail olacaqsız. Bu, o günlərdəndir ki, əziyyət çəksəniz işlərinizin nəticəsini görəcəksiniz. Ona görə də siz əgər nəyəsə nail olmaq istəyirsizsə ancaq və ancaq çalışın, vuruşun, işləyin. Kiminsə sizin işlərinizi görəcəyinə isə heç ümid etməyin.
Oxatan - heç nədən qorxmayın. Bu günün həyəcanı, sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu göstərəcək. Əgər siz qarşınıza məqsəd qoysaz, hər bir çətinliyin öhdəliyindən gələcəksiz. Problemlərin həlli üçün yeni yollar axtarmalısınız və gələcək üçün planlar qurmalısınız
Oğlaq - günün emosional fonu sabit olmayacaq. Siz çox qızğın və əsəbi olacaqsız. Sizin mənfi enerjinizin qurbanı ətrafınızdakı yaxın adamlarınıza təsir edəcək. Sizin əhvalınız köhnə dostlar ilə söhbət zamanı yaxşılaşacaq. Onlar sizə cansıxıcı olmayan və maraqlı bir yerə getməyi təklif edəcəklər.
Dolça - gün pis başlayır. Siz tez və çətinliyi olmayan işləri görməkdə acizlik hiss edəcəksiz və o işlərin qarşısında məğlub duruma düşəcəksiz. Sizin uğursuzluğunuz əlbəttə ki, əhvalınıza təsir edəcək. Vəziyyət yeni müttəfiqlərin yaranması ilə düzələcək. Onların bu işə əl qoyması sizə xeyli dəstək olacaq.
Balıqlar - tənbəl Balıqlar ancaq aza qane olanlardır, amma gözəl vaxt keçirəcəklər. Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni imic və formada görəcəksiniz.
milli.az