Əfsanəvi hind aktyoru dünyasını dəyişib
13.7.2012

Hindistanın ən məşhur aktyorlarından biri, Bollivudun "canlı əfsanəsi" sayılan Dara Sinqh dünyasını dəyişib.
GoMap.Az "CBC News"a istinadən bildirir ki, Hindistanın sabiq güləş çempionu Sinqh meymunlar hökmdarı Hanuman rolundan sonra məşhurlaşmışdı.
84 yaşlı aktor Mumbay şəhərindəki evində vəfat edib.
"Atam səhər saatlarında özünü çox pis hiss etdi, həkimləri çağırdıq, amma onlar atamı xilas edə bilmədilər", - aktyorun oğlu Vindu Dara Sinqh deyib.

Hindistanın Pəncab ştatında doğulmuş aktyor 1962-ci ildə aktyorluq karyerasına başlamışdı.
Hanuman rolundan sonra o, 1980-ci illərdə Ramayana tanrısı obrazı ilə daha da populyarlaşmışdı.

Onun son rolu Pəncabda 2007-ci ildə çəkilmiş "Jab We Met" filmi idi.

Milli.Az