Astanada Azərbaycan, Qazaxıstan və Türkiyə rəssamları və fotoqraflarının əsərlərindən ibarət sərgi açılmışdır
22.9.2011

Astanadakı Prezident Mədəniyyət Mərkəzində TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının bu şəhərdə keçirilən iclası çərçivəsində Azərbaycan, Qazaxıstan və Türkiyə rəssamları və fotoqraflarının əsərlərindən ibarət sərgi açılmışdır.
Qazaxıstanın mədəniyyət naziri Muxtar Kul-Muxammed sərginin aşılışında bilrirmişdir ki, Astanada TÜRKSOY-un iclası çərçivəsində belə bir sərginin açılması mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış daha bir addımdır və gələcəkdə bu sahədə işlər davam etdiriləcəkdir.
Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk xalqlarının zəngin mədəniyyəti və adət-ənənələrini əks etdirən 40 tablo və bir qədər də foto işi nümayiş etdirilir.