“Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçiriləcək
12.7.2016

İyulun 13-də Müasir İncəsənət Muzeyində “Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçiriləcək.

Muzeydən bildirilib ki, kitabın müəllifləri: sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və onun oğlu 10-cu sinif şagirdi Naib Əlizadədir.

Təqdimat mərasimi “NARGİZ” jurnalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.

“Azərbaycanın sehrli abidələri” kitabında 40-dan artıq memarlıq abidəsi haqqında maraqlı hekayətlər yer alıb. Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitab Azərbaycanda dərc edilən ilk unikal nəşrdir.

azertag.az