Alimlər sübut ediblər ki, ehtiras və romantika yarandığı vaxtdan bir neçə il keçdikdən sonra yoxa çıxmır. Əbədi məhəbbət, həqiqətən də, mövcuddur. Elmi eksperimentin nəticələri göstərib ki, “qəbrədək” məhəbbətin mövcudluğu kino sənayesinin uydurması deyil, həqiqətdir.
“factroom.ru” saytına istinadla verilən xəbərə görə, ABŞ alimləri uzun müddət bir yerdə yaşayan insanların qəlbində səmimi hisslərin qorunub saxlanmasını sübut ediblər.
Tədqiqatda 20 ildən çox bir yerdə yaşayan və nikahlarının uğurlu olmasını hesab edən ər-arvadlar iştirak ediblər. Təcrübənin mahiyyəti ər-arvadın bir-birinin şəklinə baxması zamanı keçirdiyi hissləri öyrənməkdən ibarət olub. Alimlər bu nəticəyə gəliblər ki, istənilən yaşda məftunluq obyektinə baxarkən beynin eyni hissələri aktivləşir.
Mütəxəssislərin fikrincə, əgər cütlük daim bir-birinin qayğısına qalarsa, cinsi harmoniyanı və dost münasibətini şaxlarsa, cütlüyün ümumi maraqları olarsa, bu birlik tam uğurlu olacaq, hətta yaşlı çağlarda da münasibətlər ehtiraslı və etibarlı olacaq.
azertag.az