Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 14-də paytaxt və yarımadada əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23 dərəcə, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
report.az