Şəki Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı artıq üçüncü dəfə keçiriləcək.
Belə ki, 2014-cü ildə festivalda Rusiya, Monqolustan, Koreya, Gürcüstan, Qırgızıstan, Türkiyə və Azərbaycanın 24 rayonunun, həmçinin Şəkinin 17 şirniyyat sexi iştirak edib. Tədbir Şəki şəhərində Karvansarayda keçirilib.
2015-ci ildə isə festivalda Rusiya, Rumıniya, Türkiyə, Qazaxıstan, Moldova, Qırğızıstan, Koreya və Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanın 31 rayonu iştirak edib.
Hər iki tədbirdə hər xarici ölkədən iki nümayəndə iştirak edib, festivalda iştirakçıların sayı 500-ə yaxın olub.
Bu il Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası üçüncü Beynəlxalq Ənənəvi Şirniyyat Festivalını daha geniş keçirməyi planlaşdırır. Bu il Azərbaycanın 24 bölgəsi festivalda iştirak edəcək. Xarici ölkələrdən Qana, Rusiya, Hindistan, Fransa, Türkiyə, Koreya, Yunanıstan və başqa ölkələr təmsil olunacaq.
Qonaqlar ölkələrinə məxsus şirniyyatları gətirəcək və öz ənənələrinə uyğun festivalda təqdim edəcəklər.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
trend