“Eurovision 2013” müsabiqəsinə ev sahibliyi edən İsveç müsabiqənin çoxsaylı azarkeş və peşəkarlarına müraciət edib. GoMap-ın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, bir çox insan müsabiqənin İsveçin Malmö şəhərində keçiriləcəyini öyrənəndən sonra şouya biletləri əldə etmək və otel bron etmək istəyirlər. Lakin, şou üzrə İsveçin production qrupunun prodüseri Christer Björkman müsabiqəni canlı izləmək istəyənlərə biletlərin hazırda satışa çıxarıldığı kanallardan almağı məsləhət görmür: “Biletləri indi almayın. Həmişəki kimi, müsabiqədən xeyir qazanmaq istəyən çox insanlar var. Biz səhnənin planını hazırladıqdan sonra oturacaqların planı üzrə işlərə başlayacağıq. Yalnız bundan sonra biletlər satışa çıxacaq”.
Şounun icraçı prodüseri Martin Österdahl isə qeyri-qanuni bilet satışına görə hər kəsdən üzr istəyib: “Bunu dayandırmağın qanuni yolu yoxdur. Əgər kimsə bizim brendimizdən, loqomuzdan istifadə edecəksə, biz onlarla əlaqə saxlayacaq və bunu dayandırmalarına əmin olacağıq”.
APA