Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, qeydiyyat iyunun 28-dən iyulun 11-dək aparılıb. Magistraturaya qəbul olunan 5 min 359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4 min 629-u göstərilən müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən 730 bakalavrdan 270-i oğlan, 460-ı qızdır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi avqustun 8-dən 14-dək aparılacaq.
azertag.az