Azərbaycan Prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüş keçirir.
"İnterfaks-Ukrayna"ya istinadən xəbər verilir ki, prezidentlərin təkbətək görüşündən sonra Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.
Şuranın iclasının yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanacağı planlaşdırılır.
report.az