2016-cı ilin iyun-iyul aylarında Şərur rayonunun Dizə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkar olunub.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyev bildirib.
V.Baxşəliyevin sözlərinə görə, karbon analizlər qala divarının eramızdan əvvəl III minilliyin sonunda inşa edildiyini göstərir: "İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda eramızdan əvvəl 2135-ci ildə inşa edilən qala divarları aşkar olunmadığından bu fenomenal hadisə regionun tarixi üçün inqilabi hadisə kimi qiymətləndirilir".
Onun sözlərinə görə, Orta Tunc dövünə aid qala tipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir: "Müdafiə tikintilərinin mövcudluğu eramızdan əvvəl III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını göstərir".
report.az